"Messi fikrini dəyişəcək və milli komandaya geri dönəcək".
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Barselona"nın eks-futbolçusu Xristo Stoyçikov deyib. Bolqarıstanın futbol əfsanəsi növbəti "Qızıl top" mükafatını qazanmaq ehtimalı olan futbolçuları da qeyd edib.
"Antuan Qrizmann "Qızıl top"a layidir. Uels Avropa çempionu olsa, Beylin də şansları olacaq. Amma Ronaldu onu yalnız xarici görünüşünə görə qazana bilər".
Milli.Az