Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb.
XİN əməkdaşları sonra Şəhidlər Xiyabanı ziyarət edərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyublar.


