yulun 9-da Bakının "Sea Breeze" istirahət məkanında Xəzər dənizinin sahilində "Jara" ("İsti günlər") Beynəlxalq Musiqi Festivalı münasibətilə mətbuat konfransı keçirilib. "İsti günlər"in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mətbuat konfransında tanınmış musiqiçilər - Emin, Bayqali Serkibayev, Qriqori Leps, Sergey Kojevnikov, Ani Lorak, Filip Kirkorov iştirak ediblər.

Festivalın təşkilatçılarından biri, tanınmış müğənni və bəstəkar Emin mətbuat konfransını açaraq, festivala verdiyi dəstəyə görə Prezident İlham Əliyev və ailəsinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, festivalın tərəfdaşı olan və bu musiqi bayramını bir həftədən sonra efirdə yayımlayacaq Rusiyanın Birinci kanalı və AzTV-yə də minnətdarlığını ifadə edib. Qeyd edib ki, festivalı canlı izləyə bilməyənlər bu möhtəşəm tədbirə həmin kanallar vasitəsilə baxmaq imkanı qazanacaqlar. Onun sözlərinə görə, ümumilikdə festivalda 5 minədək qonaq iştirak edəcək.

Festivalın digər təşkilatçısı "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov Bakının - festivalın keçirildiyi məkanın heç kəsi laqeyd qoymayacağını, musiqiçilərin və artistlərin tamaşaçılara unudulmaz anlar yaşadacaqlarını deyib. Vurğulayıb ki, festivala müxtəlif ölkələri təmsil edən iştirakçılar qatılıblar. Bu isə tədbirin mədəni həyatda əlamətdar hadisəyə çevriləcəyini təsdiqləyir.

Tədbirin digər təşkilatçısı Rusiyanın Əməkdar Artisti Qriqori Leps festival iştirakçılarına uğurlar arzulayıb. Hər kəsin festivaldan zövq alacağına ümidvar olduğunu bildirib.

Qazaxıstanlı musiqiçi və bəstəkar Bayqali Serkibayev deyib ki, bu festival hər bir dinləyiciyə hərarət, təbəssüm bəxş edəcək.

Rusiyanın Xalq Artisti Filip Kirkorov festivalın ənənəyə çevriləcəyinə ümidvar olduğunu söyləyib. "Harada musiqi var, orada sevgi və dostluq var",- deyən Filip Kirkorov Bakı kimi gözəl və onun sevdiyi şəhərdə görüşməkdən məmnun olduğunu bildirib.

Həmkarlarının fikirlərinə şərik olan rusiyalı müğənni Ani Lorak bu festivalda səslənəcək musiqilərin ürəkləri birləşdirəcəyini vurğulayıb.

Sonda mətbuat konfransının iştirakçıları qonaqpərvər Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. "İsti günlər" festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Festival həm AzTV (birbaşa), həm də Rusiyanın Birinci kanalı ilə yayımlanacaq.

"İsti günlər" Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

Milli.Az

“Jara” Beynəlxalq Musiqi Festivalı münasibətilə mətbuat konfransı keçirilib - FOTO