Bakı, 27 fevral, AZƏRTAC
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 220-350 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 80-140, Naxçıvan Muxtar Respublikası çaylarında 20 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən artdığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 19 sm artım qeydə alınıb.