Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin şimal hissəsində dənizin dibinin bölünməsi ilə bağlı Qazaxıstan və Rusiya arasında imzalanmış razılaşmaya dəyişikliyin ratifikasiyası barədə qanunu imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata əsasən protokol "Kurmanqazı" və "Mərkəz" strukturları çərçivəsində yeraltı sərvətlərdən, o cümlədən "Xvılınskoye" yatağının ehtiyatlarını bölməklə istifadəsini nəzərdə tutur.

Xatırladaq ki, bu gün Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

Milli.Az