Misir prezidenti Əbdül Fəttah əs-Sisi Mavritaniyada keçiriləcək Ərəb Liqasının sammitində iştirak etməkdən imtina edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı məlumatın əldə olunmasıdır.

Bildirilib ki, bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.

Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda işə başlayıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edir.

Milli.Az