Rəssam Salvador Dali demişdir ki, "incəsənət çox qorxulu xəstəlikdir, amma hələlik onsuz da yaşamaq mümkün deyil". Belə ki, qol saatları yaradılması prosesi çoxdan sadəcə istedadlı mexaniklərin fəaliyyət sahəsi hesab olunmur, bu peşə əsl xəstəliyə, insan fəaliyyətinin əbədi və gözəl əsər yaradılmasına yönəlmiş digər sahələri ilə sıx kəsişən heyrətamiz incəsənət növünə çevrilmişdir. Artıq üç əsrdir ki, zəmanələrinin ən bacarıqlı ustaları nüfuzlu "Jaquet Droz" saat markası ilə saat sənətinin şedevrlərini yaradırlar.

İncə iş, aşırı səbr və diqqət, xüsusi dekorativ texnikası, əsrarəngiz emal yaratma düsturu təsviri incəsənət dərəcəsinə çıxmış müstəsna məmulatların reseptidir.
Müasir həyatda yüksək saat sənəti predmetləri insan cəmiyyətində yüksək əhəmiyyət kəsb edən arxitektura ilə getdikcə daha sıx şəkildə kəsişir. İsveçrə brendinin bədii emelatxanasının mütəxəssisləri öz çoxşaxəlilikləri və ixtira qabiliyyətləri ilə təccübləndirməkdən yorulmurlar.
Xüsusi olaraq Azərbaycan üçün işlənib hazırlanmış və siferblatın üzərində Bakının memarlıq incilərinin təsviri ilə vahid nüsxədə buraxılmış iki yeni saat modeli "Jaquet Droz" saat əsərləri sırasında növbəti şedevr olmuşdur.
Hər iki model əllə manufaktura menanizmi ilə yığılmış və çəhrayı qızıldan yerinə yetirilmişdir və qara rəngli alliqator dərisindən qayışla tamamlanır.
Emal üzərində nəfis iş xüsusi diqqətə layiqdir. Cizgilər də qaynar emal elementindən istifadə etməklə əllə yaradılmışdır. İş başa çatdıqdan sonra emal əsrlər boyu dəyişməz olaraq qalacaq və nəsildən nəsilə miras olaraq keçən ailə əntiqi ola bilər.
Arxitektur motivlərə malik qol saatlarının maddi dəyəri bir tərəfə, onlar, həmçinin böyük mədəni dəyər də kəsb edir. Sevdiyin bir yerin mənzərəsi və ya doğma şəhərin memarlıq şedevrləri yerləşmiş saat modelinə sahib olmaq böyük xoşbəxtlikdir. Bu cür qol saatları, şübhəsiz ki, sahibi üçün çox əzizdir, çünki saatında əks olunmuş yerlərdən nə qədər uzaqda olsa da, onun qəlbini isidəcək.

Saatlar aşağıdakı butiklərdə təqdim olunur:
Glampire Time Pieces (Zərifə Əliyeva küçəsi, 41. Tel: 499 89 96)
Royal Collection (Niyazi küçəsi, 5B. Tel: 492 76 56; Bülbül pr. 30. Tel: 4934084)

İnstagram: Glampire_timepieces, Royalcollectionbaku
Facebook: Glampire Timepieces, Royal Collection

Bir biləyə yerləşən memarlıq şedevri
Bir biləyə yerləşən memarlıq şedevri