Müğənni Nadir Qafarzadə də geyimlərini satışa çıxarıb.

Axşam.az-ın məlumatına görə, sənətçi əldə edilən pulu xeyriyyə işlərinə sərf edəcəyini bildirib:

“Bir-iki dəfə istifadə etdiyim geyimlərimi satışa çıxarıram. Ucuz qiymətə satacam. Yığılan pul aztəminatlı və kimsəsizlərə veriləcək”.

N.Qafarzadə paltarlarını İnstaqram səhifəsində satışa qoyub.

Qeyd edək ki, bundan əvvəl müğənni Gülay Zeynallı və Ayan Babakişiyeva da geyimlərini satışa çıxarıb.

Daha bir azərbaycanlı müğənni geyimlərini satışa çıxardı