Qeyd edək ki, P.Tito Bakıdan öncə İzmirin "Swissôtel Büyük Efes" hotelində satış və marketinq müdiri vəzifəsində çalışıb.
P.Tito turizm sektorunda 28 illik təcrübəyə malikdir. O, 1988-ci ildə "Büyük Efes Oteli"ndə stajçı olaraq işə başlayıb. P.Tito "Vyana Hilton", "İzmir Hilton", "Mares və Ege Palas" və digər bir çox tanınmış hotellərdə çalışıb. İzmirin "Swissôtel Büyük Efes" hotelinə isə 2010-cu ildə transfer olunub.
P.Tito türk, alman, italiyan, yunan, ingilis, fransız dillərini bilir.