Azərbaycan əlifbası və dili günü münasibətilə Sputnik Azərbaycan informasiya agentliyi və radiosu Araz FM-in dəstəyi və ölkənin məşhur simalarının iştirakı ilə xüsusi layihə reallaşdırıb. Milli dil ənənələrimizin qorunmasının vacibliyini vurğulayan 1 avqust tarixində 103.3 FM dalğasında gün ərzində Azərbaycan şairlərinin şeirlərindən parçalar səslənib. Milli.Az bildirir ki, layihə çərçivəsində hazırlanmış çarxlar, həmçinin Sputnik Azərbaycan portalında yerləşdirilib. Sputnik Azərbaycan və Araz FM-in bu layihəsində Azərbaycanın xalq artirsti, "Qızıl dərviş" mükafatının sahibi Afaq Bəşirqızı, məşhur aktrisa, respublikanın əməkdar artisti Sənubər İskəndərli, şair Vahid Əziz, populyar müğənni Elnarə Xəlilova və başqaları istirak ediblər.

"Bu gün böyük gün, böyük bayramdır. Xalqımızı bu bayramla təbrik edirəm. Mənim dilim mənimçün dinim qədər müqəddəsdir, mənim dilim mənim ruhumu oxşayır, mənim dilim şanımı, şöhrətimi, Vətənimi, minillik tariximi tərənnüm edən bir varlıqdır", - deyə Afaq Bəşirqızı qeyd edib.

2001-ci ildə Azərbaycanda latın qrafikalı milli əlifbaya keçıd prosesi başa çatıb. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.

Sputnik (sputniknews.com) - onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az

Sputnik dinləyiciləri Azərbaycan dili günü münasibətilə təbrik edib
Sputnik dinləyiciləri Azərbaycan dili günü münasibətilə təbrik edib
Sputnik dinləyiciləri Azərbaycan dili günü münasibətilə təbrik edib
Sputnik dinləyiciləri Azərbaycan dili günü münasibətilə təbrik edib