Maliyyələşmənin ümumi həcminin 1,1 mlrd. ABŞ dolları təşkil edəcəyi və əsasən infrastruktur sahəni əhatə edəcəyi qeyd edilib.
Xatırladaq ki, Bankın postsovet ölkələrindəki cari investisiya portfelinin həcmi 2 mlrd. dollar təşkil edir. Yeni investisiya portfelinin 40%-nin Qazaxıstandakı layihələrə, 23%-i isə Belarusa ayrılacağı nəzərdə tutulub. Məcmu investisiya portfelində isə 33,5%-lik vəsait Rusiyadakı layihələrə ayrılıb. İnvestisiyaların sahələr üzrə strukturunda 33% energetika, 20% nəqliyyat, 11% isə maşınqayırma və maliyyə sektorlarına ayrılıb.
Xatırladaq ki, Avrasiya İnkişaf Bankı 2006-cı ildə Avrasiya İqtisadi İttifaqı ölkələri (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) tərəfindən yaradılıb.