Azərbaycanlı model Günay Musayevanın keçmiş əri Tolqa Karel evini satıb ölkədən köçür.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dominikalı Sara Skottiylə evlənən Tolqa Karel ABŞ-a köçmək qərarına gəlib.

Keçən il maddi çətinliklərlə üzləşən məşhur aktyor bir milyon 300 TL-yə satışa çıxardığı Bəylərbəyindəki üçmərtəbəli evin qiymətində 300 min TL endirim də etmişdi. Aktor nəhayət arzusuna çatıb. Villasının qiymətini 900 min TL-yə salan Tolqa onu sata bilib. Satışdan əldə etdiyi pulla ABŞ-da iş qurmağı planlaşdırdığı deyilən Karel səhiyyə sahəsində çalışan dostuyla saç əkilməsi kimi müalicələr üçün agentlik vasitəsilə Türkiyəyə pasiyentlər gətirəcək.

Təhməz Təkin

Milli.Az