"Səhnəni onsuz təsəvvür edə bilmirəm".
Səhnəmizin iki cazibədar xanımı Nura Suri və Natavan Həbibi təşkil olunan məclislərin birində primetime.az-ın fotoqrafının kamerasına çox səmimi poza veriblər. Hər iki məşhur bir-birinin ünvanına xoş sözlər deməklə, mehriban dostluqlarını nümayiş etdirib:
"Nata ən sevdiyim müğənnidir. Səhnəyə çox yaraşır. O, əsl Azərbaycan qızıdır", - deyən Nuranın tərifinə Həbibi də özünəməxsus şəkildə cavab verib:
"İllərdir səmimiyyəti ilə nümunə olan Nura mənim üçün sözün həqiqi mənasında dostdur. Səhnəni onsuz təsəvvür edə bilmirəm. Nura həm də gözəl və qayğıkeş anadır. Allah övladlarını qorusun".
Milli.Az
