"Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri komandasının yeni mövsümdə İngilərə çempionu olmaq ehtimalını qiymətləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis titulu qorumaq şanslarını maraqlı müayisə ilə təqdim edib.

"Qarşıdakı mövsümdə nələrin baş verəcəyi məni ciddi maraqlandırır. Böyük klublar çempionluğa oynayacaq, bizsə titulu qorumağa çalışacağıq. Məqsədimiz 40 xal toplamaqdır, sonrasına baxarıq. Çempionlar Liqasında faydalı təcrübə qazanmaq istəyirik. Fikrimcə, əvvəlkindən daha az təzyiqə məruz qalacağıq. Hər şey dəyişib, çox çətin olacaq. "Lester"in titulu qoruması yadplantelilərin Pikadili meydanında enməsindən çətin olacaq".

Milli.Az