Türkiyənin əsas müxalifət partiyasının liderinin mühafizəçilərinin sayı artırılıb
Paylaş
49 baxış·1 dəq oxu
Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun mühafizəçilərinin sayı 13 nəfərdən 21-ə çatdırılıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, mühafizəçilər xüsusi təlim görmüş polis əməkdaşlarıdırlar. Məlumata görə, Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra CHP liderinin mühafizəçilərinin sayı artırılıb.