“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sözügedən tədbir 2017-ci il fevralın 3-5-də təşkil olunacaq.
Tədbir tibb sahəsini, xəstəxana infrastrukturunu, cərrahiyə, diaqnostika, tullantı materialları və müvafiq xidmətləri tam əhatə edən genişmiqyaslı xarakter daşıyacaq.
Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvətlidir.
Sərgi və konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.