Ofisianta 11 min dollar "çay pulu"

Ofisianta 11 min dollar "çay pulu"
22:47 4 Yanvar 2015
264 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arizona ştatının restoranlarından birində müştəri yeməyin pulunu verəndən sonra ofisianta rekord məbləğdə “çay pulu” qoyub.
 
Milli.Az Azadlıq.org-a istinadən bildirir ki, bu “çay pulu” 11 min dollar olub.
 
"Daily Mail" qəzeti yazır ki, bir kişi bir qadınla dekabrın 27-də Feniks şəhərində Crudo adlı italiyan restoranına gəlib və burda birlikdə yemək yeyiblər. Hesab 331 dollar olub.
 
Həmin kişi hesabı verib, üstündə də 1000 (min) dollar çay pulu qoyub.
 
Ancaq bundan sonra onlar restoranı tərk etməyiblər. Onlar qalıblar və bundan sonra yeni içki sifariş veriblər. Və bunun qiyməti 89 dollar olub.
 
Bu hesabı ödəyəndə həmin kişi üstündə 10 min dollar çay pulu qoyub.
 
Bu şəxs adının çəkilməsini istəmir. Ancaq məlumdur ki, o, keçən il həmin restoranda yemək yeyəndən sonra çay pulu kimi 2500 dollar vermişdi.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR