"Report"un məlumatına görə, sonuncu yarış günündə medal qazanan ölkələrin sayında artım baş verməyib.
Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 87 medalçı ölkə arasında 39-cu yeri tutub. Bu göstəricidə Gürcüstandan geri qalan ölkəmizi Belarus, Türkiyə və Ermənistan izləyir. Medal sayında isə nəticə Yeni Zelandiya ilə birgə 14-15-ci yerlərə şəriklikdən ibarət olub.
Medal əyarı və sayında ABŞ qalib olub. Böyük Britaniya medal əyarında 2-ci, medal sayında 3-cü olub. Çin isə medal əyarında 3-cü yerlə kifayətlənib. Dopinq qalmaqalları ilə əlaqədar üzləşdiyi cəzalar Rusiyanın ilk "3-lük"dən kənarda qalmasına səbəb olub.