"Qarabağ" çempionatda yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirəcək.

Fanat.Az xəbər verir ki, qarşılaşma sentyabrın 1-də baş tutacaq. Beləliklə, Qurban Qurbanov yetirmələrini qardaşı Musa Qurbanovun prezidenti olduğu klubla oyunda sınayacaq.

Hazırda paytaxtda təlim-məşq toplanışında olan "Zaqatala" daha iki sınaq matçı keçirəcək. Bu gün "Səbail"lə qarşılaşacaq bölgə klubu ayın 29-da "Şərurspor"la üz-üzə gələcək.

Fanat.Az