“Report”un xəbərinə görə, tam günəş tutulması hadisəsi Mərkəzi Afrika, Tanzaniya, Mozambik və Madaqaskarda müşahidə ediləcək.
Günəş tutulmasını ən yaxşı Tanzaniya sakinləri görə biləcək.
Tutulma Qrinviç vaxtı ilə 07.17-də (Bakı vaxtı ilə 11.17) başlayıb və altı saat davam edəcək. Günəş tutulması 09.01-də (Bakı vaxtı ilə 13.01-də) maksimal fazaya çatacaq. Təbiət hadisəsi Qrinviç vaxtı 10.55-də (Bakı vaxtı ilə 14.55-də) yekunlaşacaq.
Bundan başqa, bu il üçün Yer və Ayın mərkəzləri arasındakı ən az məsafə (357 448 km) noyabrın 14-də olacaq. Bu zaman ay çox böyük və aydın görünəcək. Digər “Super ay” hadisələri sentyabrın 16-sı, oktyabrın 16-sı və dekabrın 14-də baş verəcək, amma bu günlərdə ay yer kürəsinə nisbətən yaxınlaşacaq. Eyni zamanda, bu il qanlı ay tutulması hadisəsi gözlənilmir.