Bakı. 5 sentyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Şamaxıda vətəndaşların qəbul gününün tarixi dəyişdirilib.
"Report" xəbər verir ki, nazirlikdən bildirilib ki, sentyabrın 9-da R.Quluzadənin Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı başqa tarixdə olacaq. Sentyabr ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.