Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) SOCAR Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Məlumata görə, söhbət SOCAR istiqrazlarından gedir. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim ediləcək. İstiqrazların satışına isə sentyabrın 20-dən başlanacaq.
Əlavə məlumatı www.socaristiqraz.az ünvanından əldə etmək olar.