Məlumata görə, platforma sentyabrın 12-də səhər saatlarında yenidən işə salınıb: “Hazırda platformadan hasilat tədricən artırılaraq əvvəlki səviyyəyə çatdırılmaqdadır”.
Xatırladaq ki, BP “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı kimi sentyabrın 1-11-də "Dərinsulu Günəşli" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirib.