Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Senatdakı dinləmələr zamanı E.Matobato R.Dutertenin onu və digər muzdlu qatilləri qətli necə törətməklə bağlı şəxsən təlimatlandırdığını bildirib.
Onun sözlərinə görə, bu cür məhkəmədənkənar hökmlər nəticəsində təxminən min nəfər öldürülüb.
Qeyd edək ki, R.Duterte daha əvvəl qətllərlə bağlı cinayətlərdə əli olması barədə iddiaları təkzib edirdi.