Şəkidə qadını bıçaqlayanlar tutuldular - TƏFƏRRÜAT - VİDEO

Şəkidə qadını bıçaqlayanlar tutuldular - TƏFƏRRÜAT - VİDEO
11:17 5 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə baş verən cinayətin yeni təfərrüatları bəlli olub.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Şəki polisi 2014-cü ilin son günündə uğurlu əməliyyat həyata keçirib. Ötən ilin may ayında 74 yaşlı qadının evinə soxularaq ona bıçaqla xəsarət yetirən iki nəfər polis tərəfindən saxlanılıb.

Aparılmış ibtidai istintaq nəticəsində müəyyən edilmişdir ki, Şəki şəhər sakinləri Kənani Pərviz Hafiz oğlu Mirzəyev Ümid Rəhim oğlu 2014-cü il may ayının 26-da qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Şəki sakini Ərəbova Gülxar Şaban qızının evinə soxulublar. Saxlanılan şəxslərin sözlərinə əsasən, onlar evə oğurluq məqsədi ilə giriblər. Lakin evdə digər bir şəxsin olduğunu bilməyiblər. Soyğun zamanı onlar ev sahibəsindən müqavimət gördükdə ona yumruq və bıçaqla müxtəlif xəsarətlər yetirib və oradan uzaqlaşıblar. Aparılmış əməliyyat tədbirləri nəticəsində hər iki şəxs polis tərəfindən saxlanılıb.

Sorğu zamanı isə cinyətkarlardan biri əməlindən peşman olmadığını bildirib.

Aparılan əməliyyat tədbirləri zamanı bir maraqlı fakt da ortaya çıxıb. Polisdən verilən məlumata görə, saxlanılan şəxslərdən Kənani Pərviz Hafiz oğlu 10 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsində cəza çəkir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Uyğun link:

Oğlunun qırxına hazırlaşan ananı bıçaqlayanlar tutuldular

Videonu izləmək üçün şəklə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR