"Report"un Dövlət Gömrük komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 24,96% azalma qeydə alınıb.
Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,23% azalaraq 5 539 988,10 min dollar, ixrac isə illik 37,0% azalaraq 5 790 280,97 min dollara enib.
Bu ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsinin 250 292,87 min dollarlıq müsbət saldo yaranıb. Ötən ilin müvafiq dövründə həmin göstərici 2 284 796,77 min dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 9 dəfədən çox azalma qeydə alınıb.