Bir neçə gün əvvəl verdiyi bir müsahibədə Demet Akalın və Tarkanın adını çəkərək nümunə gətirən aparıcı Okan Bayülgen tənqid olunub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "15 iyul qiyam gecəsindən sonra Demet Akalın xalqa maraqlı deyil" deyərək müğənninin etirazına səbəb olub.

D.Akalın Tvitter-də "Okan Bayülgen yaxşısan, xoşsan, amma sataşmaqdan əl çək, işinlə məşğul ol. Tarkansız da, mənsiz də reklamın olar. Neçə yaşındasan, artıq bizə sığınma" yazıb.

Milli.Az