Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) "Unibank" ASC-yə qarşı tələbləri 45 mln. manat artıb.
"Report"un banka istinadən verdiyi xəbərə görə, bu ilin əvvəli ilə müqayisədə 56,25% çoxdur.
Son nəticədə "Unibank"ın AMB qarşısında öhdəlikləri 80 mln. manatdan 125 mln. manata yüksəlib.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "MBank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhm əsasında formalaşıb.
Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 8,33%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.