"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya prezidenti Yoahim Qauk Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağlı erməni həmkarı Serj Sarqsyana ünvanladığı məktubda vurğulayıb.
İnformasiyaya görə, o, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini də məktubunda qeyd edib.