"Valensiya" baş məşqçisi Pako Ayestaranla yolarını rəsmən ayırıb. İstefanın səbəbi komandanın yeni mövsümə uğursuz başlaması olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Valensiya"nı müvəqqəti olaraq Salvador Qonzales Voro çalışdıracaq. 52 yaşlı mütəxəssis artıq 2008, 2012 və 2015-ci ildə "yarasalar"da indiki vəzifəni icra edib. La Liqanın 4 turundan sonra "Valensiya" aktivinə xal yazdıra bilməyib və sonuncu yerdə qərarlaşıb. Ayestaran 2016-cı il martın 30-da Qari Nevillin əvəzinə baş məşqçi təyin olunmuşdu.

Milli.Az