Bir müddət əvvəl Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva Bakı üçün darıxdığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bunları qeyd edib:

"Deyirlər, eşq acısı insanın qəlbini çox incidir. Məncə, belə deyil. İnsanın yaxşı dostlarından, vətənindən uzaq olması tamam başqa ağrıdır. Dostlarım, Bakı və sevdiyim sənətim üçün çox darıxıram. Hər şey gözləmədiyim anda dəyişir və baxıb görürəm ki, ən yaxşısı bu imiş. Hər birinizin gözəl sözləri, isti münasibəti və sevgisi mənə bəs edər. Sevdiklərinizi unutmayın".

Milli.Az