"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş bildirib.
Onun sözlərinə görə, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin FETÖ ilə əlaqəsi olduğu müəyyənləşib.
M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.
Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb.