"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iclas zamanı MDB məkanında təhlükəsizliyin təmin edilməsinin geniş spektoru, o cümlədən terrorçuluq və dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.