İstanbulda XİX-XX əsrlərdə türk-erməni münasibətləri mövzusunda beynəlxalq toplantı keçirilir - FOTO

İstanbulda XİX-XX əsrlərdə türk-erməni münasibətləri mövzusunda beynəlxalq toplantı keçirilir - FOTO
12:52 5 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:46 ]

İstanbul. Mayis Əlizadə - APA. İstanbul Universitetində “XİX-XX əsrlərdə Türk-erməni münasibətləri: qaynayıb qarışma, küskünlük, ayrılma, yeni axtarışlar” mövzusunda beynəlxalq toplantı keçirilir.

 

APA-nın məlumatına görə, toplantının təşkilatçılarından olan İstanbul Universiteti Atatürk İlkə (prinsip) və İnqilabları İnstitutunun direktoru, professor Cezmi Eraslan ermənilərin 10 əsr boyunca Anadoluda türklərlə bir yerdə yaşadıqlarına diqqəti cəlb edərək, onların XX əsrin əvvəllərinə qədər Osmanlı İmperiyasının bütün haqlarından faydalanan vətəndaşlar olduqlarını, ancaq rus və Qərb imperializminin alətinə çevrildiklərini və bunun nəticəsində Birinci Dünya savaşında Osmanlı dövlətini parçalamağa çalışdıqlarını vurğulayıb. Cümhuriyyət dönəmində də türklərlə ermənilərin birlikdə problemsiz yaşadığına dair örnəklər verən professor Eraslan, son illərdə Türkiyəyə qarşı yönəldilən suçlamaların da Qərb imperializmi tərəfindən hazırlanıb idarə edildiyini deyib. O, bundan sonrakı mərhələdə iki xalqın birlikdə sülh və əmin-amanlıq içində yaşamasının yollarını tapmağın zərurətini vurğulayıb.

 

Toplantıda çıxış edən “Türk Ocaqlari” İstanbul şöbəsinin başqanı, doktor Cezmi Bayram XX əsrin əvvəllərində meydana çıxmış erməni milliyyətçiliyinin əsas düşməninin türk milliyyətçiliyi olduğunu xatırladıb: “Türk milliyyətçiliyinin düşməni yox idi, çünki türk milliyyətçiliyinin əsas qayəsi Osmanlı İmperiyasını yaşatmaq idi. Ermənilərin o vaxtkı vətən torpaqlarının başqa bölgələrinə köçürülməsi zəruri bir qərar idi. Bu məsələ ətraflı səkildə araşdırılsın, biz basımızı aşağı əyəcək heç bir iş görməmişik. Gələcəyi böhtanlarla deyil, sülh və dostluqla qura bilərik”.

 

Üç gün davam edəcək beynəlxalq toplantıda Azərbaycandan professor Musa Qasımlı, professor Tofiq Mustafazadə və dosent Firdovsiyə Əhmədova çıxış edəcəklər.

 

Türkiyə Prezident Aparatının Klassik Türk Musiqisi Xoru erməni mənşəli bəstəkarların əsərlərindən ibarət konsert də verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR