“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
Onun sözlərinə görə, məşğulluq imkanlarının getdikcə çoxalmasının göstəricisi kimi, həmin müddətdə məşğul əhalinin sayında artım iqtisadi fəal əhalinin say artımını üstələməklə 6.8 faiz təşkil edib: “Muzdla işləyənlərin sayı isə 8.3 faiz artıb”.