Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Fiorentina”nın qonağı olan da "Qarabağ” böyük hesablı məğlubiyyətlə üzləşdi - 1:5. Fanat.Az xəbər verir ki, İtaliyada baş tutan matçdan sonra Ağdam klubunun baş məşqçisi yenilgini şərh edib.
44 yaşlı mütəxəssis bildirib ki, "Fiorentina"nın yaxşı oyunçuları və dayanmadan taktiki dəyişikliklər edən Paulu Souza kimi dahi baş məşqçisi var. Qurbanovun fikrincə, görüş saat 23:05-də başlasaydı, oynamaq daha çətin olacaqdı: “İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik. Mən də irəlidə yaxşı oynayan və topla davranmağı bacaran bir neçə futbolçunu qeyd edərdim. Bizim Avropada gözəl təcrübəmiz var. Buna görə də, biz belə ciddi uğursuzluqlara öyrəşmişik". (report.az)