Laosun şimal bölgəsində körpünün uçması nəticəsində 2 uşaq ölüb, 3-ü itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün 57-si məktəbli olmaqla 59 nəfər taxta körpünün uçması səbəbindən suya düşüb.

Yerli sakinlərin köməyi ilə suya düşənlərin əksəriyyəti xilas edilib.

Bir müddət sonra xilasedicilər 2 məktəblinin meyitlərini sudan çıxarıb, daha 3-nün axtarışları davam etdirilir.

Milli.Az