“Hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək... ” - Əli Həsənov

“Hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək... ” - Əli Həsənov
10:59 3 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”.

 

APA-nın məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib: “İƏT həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq hal kimi qeyd edilməlidir ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanıb.

 

Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyik ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur”.  

 

Ə. Həsənov Ermənistanın 20 ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını xatırladıb: “Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələr, məscidlər də dağıdılıb. Həmin ərazilərin işğaldan azad olunması ilə bağlı BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Təəssüf ki, bütün bunların konkret nəticəsi olmayıb. Ermənistan nəinki beynəlxalq qanunları, nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur, öz haqsız mövqeyini əsaslandırmaq üçün işğalçı siyasətinə dini rəng verərək İslam dəyərlərini gözdən salmağa, xristian həmrəyliyi faktorundan, Qərbin islamofob dairələrinin, aparıcı media resurslarının imkanlarından yararlanmağa çalışır və bəzi hallarda buna nail olur. Əminliklə demək olar ki, oxşar problemləri olan digər müsəlman ölkələr də mütəmadi olaraq belə hallarla rastlaşırlar. Bu faktlar islam həmrəyliyinin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Vahid informasiya məkanının, transmilli medianın mövcud olduğu müasir dövrdə informasiya mübadiləsi dövlətlərarası əlaqələrin inkişafında mühüm amilə çevrilib, beynəlxalq ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə olub. Odur ki, çevik informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə tələb olunan fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, o cümlədən islam ölkələri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdir. 2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində, 2014-cü ildə isə Tehranda İran İslam Respublikasının paytaxtı Tehranda İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu və 10-cu toplantılarında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilib. Hesab edirik ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. İKT-yə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual dünya məkanında birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. 

 

Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və verəcək. Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan lV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də  əlverişli fürsət olacaq. Bu amili, habelə müsəlman ölkələri arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, İslam həmrəyliyinə kənar və neqativ xarakterli təsirlərin aradan qaldırılması, İslam dininin, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün yeni yaradılmış İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası dəstəklənməli, onun məqsədyönlü  fəaliyyətinə hərtərəfli yardım göstərilməlidir. Bu gün İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin  konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57

Bakıda Milli Şuranın mitinqi başlayıb

23 Sentyabr 2017 15:49

Aydın Mirzəzadə: “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil"

23 Sentyabr 2017 15:47

Missiya.az xəbər saytının fəaliyyətinin 1 ili tamam olur

23 Sentyabr 2017 15:47

Cənnətdə evlilik olacaqmı? - Nihat Hatipoğlunun CAVABI - VİDEO

23 Sentyabr 2017 15:43

Hərbçini güllələyib su kanalına atdılar

23 Sentyabr 2017 15:43

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23 Sentyabr 2017 15:42

Layiqli kişi tapmadı, özüylə evləndi

23 Sentyabr 2017 15:34

Şimali Koreyaya daha bir zərbə

23 Sentyabr 2017 15:33

Qusarda iki nəfəri qəsdən maşınla vuran şəxsin apellyasiya şikayəti təmin edilməyib

23 Sentyabr 2017 15:32

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25