Rusiya və Ukrayna arasında yeni gərginlik - "Casus", yoxsa "jurnalist"?

Rusiya və Ukrayna arasında yeni gərginlik - "Casus", yoxsa "jurnalist"?
13:22 3 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Federal Xidmət Bürosu Moskvada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşını saxlamaları ilə bağlı məlumat yayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, polkovnik Roman Suşenkonun Rusiya Silahlı Qüvvələrinin fəaliyyətinə dair məlumat topladığı açıqlanıb.

Hazırda ukraynalı polkovniklə bağlı "casusluq" maddəsi ilə cinayət işi açılıb.

Baş verənləri Ukrayna Ali Radasının birinci vitse-spikeri şərh edib və Rusiyada saxlanılan şəxsin casus deyil, ukraynalı jurnalist Suşenko olduğunu bildirib. O, jurnalistin bu ittihamla saxlanılmasından şoka düşdüklərini açıqlayıb.

İrina Qeraşenko dərhal ATƏT-i, Avropa Şurası Baş katibini və digər strukturları bəyanat verməyə çağırıb: "Ukrayna hökuməti jurnalistin dərhal azadlığa buraxılmasını tələb edir". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR