Siyəzəndə maşın aşdı:3 yaralı

Siyəzəndə maşın aşdı:3 yaralı
21:29 3 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Siyəzəndə yol qəzası baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 92-ci km-də qeydə alınıb.

 

Məlumata əsasən, 99 ZE 980 dövlət nömrə nişanlı avtomobil maneəyə çırpılaraq  aşıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1969-cu il təvəllüdlü Şeydayeva Gülnaz Ramazan qızı, 1969-cu il təvəllüdlü Şirinova Şahnabad Sabir oğlu və 1966-cı il təvəllüdlü Həsrət Hacımuradovdur.

 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR