“Hamımız erməniyik” deyən erməni “YAL”çının Azərbaycana hücumu

“Hamımız erməniyik” deyən erməni “YAL”çının Azərbaycana hücumu
13:38 4 Oktyabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

“Gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirlər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər”.

Rus tədqiqatçı Veliçkonun 1904-cü ildə dediyi bu sözlər 100 il sonra reallaşır və Azərbaycan torpaqlarını işğal edənlər bu xalqın mənəvi-milli dəyərlərinə də əl uzatmaqdan çəkinmirlər.

Və bu gün demokratiya çağırışı altında hücum edilir, alt qatını qazıyanda oradan ya ermənilər, ya da erməni havadarları boylanır. Beynəlxalq cameədə işğal olunmuş ərazilərimizdən danışırıq: yenə eyni zümrələrin eybəcər sifətləri. Nəticə etibarilə nəsə edə bilməsələr belə, ürək bulandırdıqları da gerçəkdir.

Ən acı gerçək isə bu ürək bulandıranların qardaş Türkiyədən də zaman-zaman üzərimizə nifrət püskürməsidir.

Axı biz eyni millətin övladlarıyıq və bu milləti özünə əbədi düşmən elan edənlər də eynidir. Bu gün Qarabağı işğal edənlər də eynidir, Ağrı dağına iddia edənlər də. Zamanında Osmanlının dağılmasında anqlosaksonlar qədər pay sahibi olanlar da eyni idi, öldürdükləri türklərin qanı üzərində “soyqırımı” iddiaları ilə Türkiyənin boğazına sarılanlar da. Nə acı təəssüf ki, qardaş ölkədə kök atmış, Türkiyənin bütövlüyünə təhdid olanlar, türk tarixini təhrif etməyə çalışanlar və türk bayrağı altında Azərbaycana hücum edənlər də eynidir.

Xatırlamayan olmaz, 2007-ci ildə Türkiyədə nəşr olunan “Agos” qəzetinin baş redaktoru Hrant Dink öldürülməsindən sonra İstanbul küçələrini “hepimiz ermeniyiz” şüarları bəzəmişdi. Bunlar kimlər idi? Türk kimliyini bürünmüş ermənilərmi; Türkiyə Cümhuriyyət tarixini, hətta ondan öncəki tarixi ermənilərlə assosiasiya edən Soner Yalçınlarmı; yaxud ermənilik üzərindən özləri üçün Avropanın qapılarını açmağa çalışanlarmı?!

Gerçək odur ki, “hamımız erməniyik” deyənlər, yaxud buna bütün cəbhələrdən dəstək verənlər türk bayrağı altında Azərbaycana hücumdan vaz keçməyiblər. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə, Siciliya mafiyasının “Fransa ölsün, İtaliya rahatlasın” şüarını “Azərbaycan ölsün, Türkiyə rahatlasın” şüarına dəyişərək, azərbaycanlılara görə ermənilərlə düşmən olmağın ağılsızlığını təbliğ edənlər indi FETÖ məsələsində yenə üzərimizə gəlməyə başlayıblar.

Əvvəlcə Azərbaycanın FETÖ ilə mübarizədə Türkiyəni aldadır kimi absurd fikirləri tirajladılar, indi daha dərinə gedərək, Azərbaycanı FETÖ-nün əsas məskəni adlandırırlar.

“Veliçkonun bəhs etdiyi ermənilərlə indi baş verənlərin nə əlaqəsi?” deyə soruşa bilərsiniz, amma hər şey heç də təsadüfi deyil, siyasi həyatda isə ümumiyyətlə təsadüflərə yer yoxdur.

... Vaxtilə Azərbaycan üçün “Fransa ölsün, İtaliya rahatlasın” şüarını gündəmə gətirən Doğan mediasının əsas yazarlarından olan Soner Yalçının irəli sürdüyü iddialar ermənilərin 100 illik “şan-şöhrəti korlamaq” siyasətinin bu gün də davam etdiyini anlamağa imkan verir.

Yazar iddia edir ki, FETÖ Azərbaycana 1993-cü ildə, yəni Əbülfəz Elçibəyi devirərək gəlib və hazırda iqtidarın “iliyinə qədər işləyib”. O, elə Türkiyənin də güclənməsində böyük paya sahib olan “Əsrin müqaviləsi”nə də, bu müqavilənin təməlini ataraq, regionun, həmçinin, Avropanın enerji xəritəsini dəyişdirən ümummilli lider Heydər Əliyevə də FETÖ böhtanı atmaqdan çəkinmir. Ardınca müstəqil Azərbaycanın qurucusu olan liderin ailəsinə “yəhudi” damğası vurmağa çalışan şizofrenik fikirlər irəli sürür...

Burada yazarın şizofren durumu və kimliyi ayrı məsələdir. Hücumun əsas hədəfini görmək üçün isə böyüdücüyə heç də ehtiyac yoxdur. Xüsusilə hədəf seçilən şəxsiyyətlərin kimliyi fonunda bunu anlamamaq mümkün deyil.

Ana hədəf: Azərbaycanın milli dəyərlərinə böhtan atmaqla 100 ildir aparılan siyasəti davam etdirmək. Onlar yaxşı anlayır ki, Azərbaycanın milli liderinin qurduğu dövlət və bu gün onun təməlləri üzərində güclənən ölkə xəyalpərəst “erməni planlarının” həyata keçməsinə imkan verməyəcək. Və bu dövlətə qarşı ən alçaq yola əl atmaqdan belə çəkinmirlər. Lakin bu da həqiqətdir ki, Heydər Əliyevə atılan çamurun hələ 100 il əvvəldən yoğrulduğunu Veliçkonun tədqiqatlarında görə bilərik.

Cari hədəf: vaxtilə “hamımız erməniyik” deyənlər Ermənistanla sərhədlərin açılması üçün Azərbaycanı məhv etməyə hazır olduqları kimi, indi iki ölkənin sıx bağlarını Ankara üçün həssas nöqtəyə çevrilən FETÖ məsələsi ilə qıra biləcəklərini düşünürlər. Və buradan erməniliyin sifətləri hər addımbaşı qarşımıza çıxır. Erməni sifətlərin Türkiyə-Azərbaycan qardaşlığının əsas təməlinə çevrilən “bir millət iki dövlət” siyasətini formalaşdıran tarixi şəxsiyyətə hücum etmələri də təsadüfi deyil. Məqsəd iki ölkənin münasibətlərinin təməllərini sarsıtmaqdır.

Soner Yalçının bu prosesdə daşıdığı missiyası da suallar doğurur. O, Soner Yalçın ki, 1995-ci ilə qədər irqçiliyi açıqdan-açığa təbliğ edir, Abdullah Öcalana heyranlığını gizlətmir və sonra qəfil “kamalist”ə çevrilir.

Axı bu şizofrenik yazarın böhtana sarılıb Azərbaycana hücum etməsinin səbəbi nə ola bilər?!

Hrant Dinkin ən yaxın dostlarından olan Yalçın onun ölməsi ilə başlanan “Hamımız erməniyik” kampaniyasının əsas təşkilatçılarından idi. Və hər zaman, xüsusilə Dinki torpağa tapşırandan sonra, Türkiyədə ermənilik üzərindən çıxış edən yazı fəaliyyətinə başladı.

“Bizim gözəl ermənilərimiz”

Onun 2012-ci ildə ermənilərlə sərhəd məsələsində Azərbaycanı məhv etmək istəyənlərin nəşri olan “Hüriyyet”də dərc olunan bu məqaləsi əslində Azərbaycana uzatdığı dilinin haradan zəhər tədarük etdiyini də ortaya çıxarır.

Sonerə görə, “hamımız erməniyik” şüarlarını vətən xainliyi hesab edənlər ermənilərə - musiqiçi Qaro Mafyana, jurnalist Levon Panos Dabağyana, aktyor Aqop Ayvaza, ədəbi tənqidçilər Kirkor Zohrap və Mıqırdiç Maqrasyona, idmançılar Vahram Papazyan, Mıqırdiç Mıqıryan, Artan Hrutyan, Zareh Kalpalçıyan, Hakop Yavuryan və Vahriç Melkonyana, rəssam Sarkis Güllapa, Balyan ailəsinə, Atatürkün rəqs müəllimi Ardeş Panisyana, diş həkimi Sürenyana və ağız dolusu saydığı bir çox erməniyə minnətdar olmalı, onları öpüb alınlarının üstünə qoymalıdır.

Bu siyahı fonunda erməniləri “qürurumuz” deyə öyməkdən yorulmayan Soner Yalçının elə onun öydüyü ermənilərin hələ Sovetlər dönəmindən başlayaraq, hədəf seçdiyi Heydər Əliyevə hücum etməsi, onun ailəsinə çamur atması nə dərəcədə təsadüf ola bilər?

Bütün bunların “ürək bulandırmaqdan” başqa bir şey olmadığı aydındır. Amma o da aydındır ki, son zamanlar qardaş ölkədə ürəyimizi bulandıranların artması heç də xoş deyil.

Erməniliyi türklükdən üstün tutan, Osmanlı sultanlarından tutmuş Türkiyə Cümhuriyyətinin banisi Atatürkə qədər hər birinin arxasında bir güclü erməninin dayandığı tezisini hər platformada vurğulayan Soner Yalçının – “hamımız erməniyik” deyənlərin “FETÖ mübarizəsi” isə FETÖ lideri Fətullah Gülənin erməni kimliyinə dair məlumatlar fonunda da ayrıca diqqət çəkir.

... 2014-cü ilin 4 fevralında Ermənistanın “Novosti Armenii – news.am” saytında erməni jurnalist Arthur Akopyanın imzası ilə yayımlanan araşdırma: “1915-ci il hadisələri zamanı Gülənin babası İbrahim bəyin yanında işləyirmiş. İbrahim bəyin yanında işləyən erməni xidmətçilər onun ailəsinə və hakimiyyətinə problemlər yaratmağa başlayır. İbrahim bəy də bu erməniləri öldürür, daha sonra özü də intihar edir. Sadəcə Gülənin atası sağ qalır. O, 18-19 yaşlarında olarkən, kimliyini dəyişdirib İspir vilayətinə köçür. Orada müsəlman adı götürərək, evlənir. Bundan sonra türkləri qətlə yetirən erməniləri söyərək, hər yerdə özünü müsəlman kimi təqdim edir. Gülənin atasının erməni olmasını onun öz sözlərindən də anlamaq olar. Belə ki, Gülənin atasının “elə bir oğul tərbiyə edirəm ki, onları öz dinləri ilə vuracaq” dediyi haqda tarixi faktlar var”.

Bu tarixi faktları sıralamaq da olar. Lakin “hamımız erməniyik” deyənlərin Fətullah Gülən məsələsində Azərbaycana “diş qıcaması” nəyə hesablanıb, onlar kimi kimdən müdafiə edirlər? Məsələnin burası şübhəlidir.

Burada şübhə doğuran məqamlardan biri də Soner Yalçının “yəhudilik” məsələsinə toxunmasıdır. Türklərin yaxşı bir sözü var: “filankəs “şübhəçilikdən” xəstə yatır”. Tibb ədəbiyyatında buna şizofreniya deyirlər. Erməniləri “qardaşım” deyə çağıran Soner Yalçının şizofreniyadan əziyyət çəkdiyini biz yox, türkiyəli həmkarları zaman-zaman qələmə alıblar.

Ona görə: Atatürk də yəhudi idi; Türkiyə Cümhuriyyətini yəhudilər qurub; ümumiyyətlə Türkiyədə bütün tanınmış ziyalıların, ədəbiyyatçıların, sənətçilərin, siyasətçilərin hamısı gizli yəhudilərdir.

Görünür, Türkiyədə istinad nöqtəsi tapa bilməyən bu “qələmtutan” erməni “Yal”çını öz şizofreniyasını Azərbaycan üzərində sınamağa cəhd edir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/170882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR