"İranla əlaqələr ən yüksək səviyyədədir" - İlham Əliyev

"İranla əlaqələr ən yüksək səviyyədədir" - İlham Əliyev
14:19 5 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlıdır”.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edərkən deyib.

 

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlət başçısı hər iki ölkə arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib.

 

Əlaqələrin inkişafının hər iki dövlət başçısının niyyətinin göstəricisi olduğunu vurğulayan prezident İlham Əliyev Azərbaycanın İranla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyib.

 

Sonda Cavad Cahangirzadəyə  diplomatik fəaliyyətində uğurlar arzulayan dövlət başçısı səfirin Azərbaycan-İran ikitərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyən yeni səfir Cavad Cahangirzadə bunun üçün Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səylərini əsirgəməyəcəyini və bu baxımdan Prezident İlham Əliyevin hərtərəfli dəstəyinə ümidvar olduğunu bildirib.

 

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR