Vyaçeslav Volodin yeddinci çağırış Rusiya Dövlət Dumasının spikeri seçilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, parlamentin aşağı palatasının 450 deputatından 404-ü onun namizədliyini dəstəkləyib.
Dövlət Dumasının yeni tərkibinin ilk iclasında həmçinin Aleksandr Jukov (“Vahid Rusiya”) və İvan Melnikov (Kommunist Partiyası) vitse-spiker vəzifəsinə seçiliblər.
Xatırladaq ki, Vyaçeslav Volodinin Dövlət Dumasının spikeri postuna namizədliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.
Ömər Dağlı