Yeni Zellandiyadan möhtəşəm təbiət GÖRÜNTÜLƏRİ

Yeni Zellandiyadan möhtəşəm təbiət GÖRÜNTÜLƏRİ
17:24 5 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

 

Keçmişdə “Yamyam” adlanan qəbilə olaraq bilinən, günümüzdə isə əsasən tatuları və Haku rəqsləri ilə tanınan bu toplumun min il əvvəl yerləşdiyi Yeni Zelandiya korlanmamış təbiəti ilə görənlərin ağlını başından alır.

 

Lent.az Yeni Zelandiyanın möhtəşəm təbiətindən fotolar təqdim edir.

 

Taranaki Dağı

 

Egmont dağı olaraq da bilinən Taranaki dağı dinc təbəqəli bir yanardağdır. Hündürlüyü 2518 metrdir. Dünyanın ən simmetrik vulkan konuslarından biridir.

 

 

Rotorua Termal Rezervləri

 

Aktiv geotermal bölgədir. Təbiət hadisəsi nəticəsində meydana gəlmiş dünyanın ən qəribə gözəllikləri sırasında yer alır. Qeyri-adi fotolar çəkdirmək istəyən ziyarətçilərin sevimli  məkandır.

 

Waitomo Mağaraları

 

Yamyaşıl bir təpənin altında yatan bu mağaralar keçmişdə bir kənd olaraq istifadə edilib. Mağaralardan, yeraltı çaylardan meydana gəlmiş bir labirentdir. Minlərlə kiçik canlının bir araya gəlməsi ilə parıltılı divarlara sahib olan bu möhtəşəm təbiət möcüzəsinə mütləq şahidlik etməlisiniz.

 

Tiritiri Matangi Adası

 

Hauraki körfəzi boyunca uzanan Tiritiri Matangi adası 2,2 kvadrat kilometrlik açıq təbiət qoruğudur. Vəhşi heyvanların, digər canlıların kəşf edilə biləcəyi dünyanın ən mühüm qoruqlarından biridir. İldə 30 min ziyarətçi buranı görməyə gəlir. 250 mindən çox yerli ağac növü var. Yeni Zelandiya gözəllikləri sırasında 7-ci yerdədir.

 

 

Tongariro yerli parkı

 

Yeni Zelandiyanın ən qədim yerli parkı olan Tongariro Şimalı İslandiya bölgəsinin mərkəzində yerləşir. UNESCO tərəfindən 28 mədəni və təbii mirasdan biri olaraq qəbul edilən bu park, ən yaxşı dırmanış sahələrindən də biridir.

 

Taupo gölü

 

 

Vulkan partlayışları nəticəsində təxminən 2 min əvvəl yaranan Taupo gölü  ən  böyük şirin sulu göllərdəndir. Hər il təxminən 2 milyon turist bura gəlir.

 

Huka Şəlaləsi

Waikato gölündən başlayıb Taupo gölünə tökülür. Taupo vulkanın partlayışı ilə 26 min əvvəl meydana gələn bu şəlalə saniyədə axan 220 min litrlik kristal rəngli suyu ilə ziyarətçilərini təəccübləndirir.  

 

 

Hot water sahili

 

Yerli və xarici turist axınına məruz qalan, ildə 7000 min ziyarətçi gələn bu yerdə suyun istiliyi 64 santigrat dərəcəyə qədər çıxır. Sahilin altında olan nəhəng sualtı anbarlar vulkan partlayışı nəticəsində meydan gəlib.

 

 

Te Whanganui- A-Hei kəməri

 

 

 Yeni Zelandiyanın ən çox foto çəkilən yerlərindən biridir. Gəmi ilə kəşf edə biləcəyiniz bu bölgə Hahei sahilinin şimal ucunda yerləşir. İldə təxminən 150 min ziyarətçi gəlir.

 

Bay of İslands

 

Balıqçılıq baxımından olduqca məşhurdur. 144 ada və yarımadaya ev sahibliyi edən bu Yeni Zelandiya gözəlliyi pinqivinlər başda olmaqla yunus, balina növləri ilə də zəngindir.

 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR