Ermənistan Suriyadan gələn 20-dən çox qaçqına sığınacaq verib
Paylaş
83 baxış·1 dəq oxu
Bakı. 5 oktyabr. REPORT.AZ/ Ermənistan Suriyadan gələn 20-dən çox qaçqına sığınacaq verib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan Cenevrədə konfransda bildirib. Ümumiyyətlə, Süriyada münaqişədən əvvəl erməni icması təqribən 110 min nəfər olub.