Gözəl və pis qoxuların insanlara təsiri haqqında bilmədiklərimiz

Gözəl və pis qoxuların insanlara təsiri haqqında bilmədiklərimiz
22:22 6 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İy hiss etmək və qoxuya bağlı duyğu formalaşmaları, tədqiqatçıların da diqqətini çəkmişdir və onlar qoxuların bizə olan təsirlərini araşdırmışlar. Gözəl qoxuları hiss etdiyimiz vaxt şiddətli ağrılara qarşı təsirli olduğunu bilirdinizmi?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan bir araşdırma, xüsusilə qadınlar gözəl qoxular hiss etdikdə ağrının şiddətində azalma olduğu müşahidə edilib. Yəni gözəl qoxuların xoşbəxtliklə bir əlaqəsi olduğu artıq elmi bir həqiqətdir.
 
Vəziyyətin əksi də tərs effekt verir. Yəni pis qoxulara məruz qaldıqda onlar bizə mənfi təsir göstərir.
Mövzu üzərində aparılan araşdırmalar, uzun müddət pis qoxuya məruz qalan qadınların ruhi vəziyyətlərinin pis olduğunu göstərib. Kanadalı bir araşdırma qrupu, 20 qadın və 20 kişi üzərində bir təcrübə keçirib, hər iki qrup üzvünün əllərini isti və soyuq suya salmışdılar. Eyni zamanda qoxular hiss etdirilmişdir. Gözəl qoxular qadınların əllərindəki yanma hissini çox daha az hiss etmələrinə səbəb olub. Əlləri isti suda sirkə kimi narahat edici qoxulara məruz qalan qadınlarda isə yanma hissi daha çox hiss edilmişdir. Araşdırma kifayət qədər maraqlı, ancaq əldə edilən ən maraqlı nəticə, kişilərin bu vəziyyətdən heç təsirlənməmiş olmasıdır.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR