Rəqiblərimizin oyununda 5 qol

Rəqiblərimizin oyununda 5 qol
09:47 7 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Litvada təşkil olunan V qrupunda II tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyun gününə meydan sahiblərinin Avstriya ilə görüşü ilə yekun vurulub.

Məhsuldar keçən görüşdə qonaqlar qalib gəliblər - 3:2. Bu qələbə avstriyalıları top fərqinə görə qrupun lideri edib. Həm Bosniya və Herseqovina, həm də Avstriya ilk iki yerdən birini təmin edərək, elit-raunda vəsiqəni təmin edib.
 
Turun ilk matçında isə Azərbaycan Bosniya və Herseqovinaya uduzmuşdu - 1:2.
 
Litva isə Azərbaycan millisi ilə eyni göstəricilərə malikdir. Oktyabrın 9-da baş tutacaq son turun görüşü 3-cü yerin taleyinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar, həmçinin ən yaxşı 3-cü yer sahibi yüksələcək.
 
19 yaşadək futbolçular arasında Avropa çempionatı
V qrup
II tur, 6 oktyabr
Avstriya - Litva - 3:2

1

Avstriya

2

2

0

0

7-3

6

2

Bosniya və Herseqovina

2

2

0

0

5-1

6

3

Azərbaycan

2

0

0

2

2-6

0

4

Litva

2

0

0

2

2-6

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR