SOCAR istiqrazlarının qiyməti qalxdı - AZFİNANCE-DAN ƏLVERİŞLİ TƏKLİF

SOCAR istiqrazlarının qiyməti qalxdı - AZFİNANCE-DAN ƏLVERİŞLİ TƏKLİF
11:53 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

AzFinance İnvestisiya Şirkəti SOCAR istiqrazlarını yerləşdirmə dövründə onun vasitəsilə alan fiziki şəxsə istiqrazları ondan istənilən vaxt 1 000.40 ABŞ dolları qiyməti ilə geri almaq barədə yazılı opsion (zəmanət) verəcək. Yəni, bu opsionun sahibi 2017-ci il yanvar ayının 10-dək istiqrazları 1000.40 dollar qiymətilə istənilən tarixdə (bir iş günü əvvəlcədən xəbərdarlıq etmək şərti ilə) AzFinance investisiya şirkətinə sata biləcəkdir.

Bunu müsahibimiz AzFinance İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib.

– İntiqam müəllim, vətəndaşlarımız bu gün istiqrazları 1000 dollara alıb sabah AzFinance şirkətinə 1000.40 dollara sata bilərlər?

Bəli bu gün 1000 dollara alıb növbəti gün və ya günlər bizə 1000.40 dollara sata bilərlər. Bir şərtimiz var ki, istiqrazları bizim vasitəmizlə alsınlar.

– Niyə məhz 10 yanvar 2017-ci il tarixinədək?

Biz istiqrazların dövrüyyədə olduğu ilk 3 ayı nəzərdə tutmuşuq. Məqsədimiz fiziki şəxslərin istiqrazları almaqdan az da olsa gəlir əldə etmələrinə yazılı təminat verməkdir. 3 ay sonra hər kəs kupon faizi alacaqdır və artıq gəlirlə prosesdən çıxa bilərlər.

– Bunu etməkdə əsas məqsədiniz nədir?

İlk növbədə şirkətimizin müştəri bazasını genişləndirərək, onlara qazanc əldə etdirməkdir. Biz əminik ki, SOCAR istiqrazları gəlirli bir investisiya olacaqdır. İstəyirik ki, insanlar zərər ehtimalının olmadığından tam əmin olsunlar və bunu onlar üçün edən investisiya şirkətinin partnyoru olsunlar.

– Bu opsionu almış şəxslər istiqrazları mütləq Sizə satmalıdırlarmı?

Xeyir. Bu opsion onlara sadəcə bunu etməyə hüquq verir. Yəni istəsələr bizə satacaqlar. Əlbəttə ki, birjada qiymət bu qiymətdən yuxarı olarsa bu insanlar opsiondan istifadə etməyəcəklər, istiqrazları birjada satacaqlar. Bu opsion bufer rolu oynayacaq, yəni ən pis halda bizə satıb gəlir götürəcəklər.

– Ümumiyyətlə, Siz SOCAR istiqrazları üzrə artıq bir neçə dəfə fikrinizi bildirmisiniz, Sizi bu prosesə nə bağlayır?

Birincisi biz digər 3 investisiya şirkətilə bərabər istiqrazların sub-anderrayteri kimi prosesdə iştirak edirik. İkincisi, SOCAR istiqrazları investorlar üçün bu günün tələbini hədəfə almış əla bir məhsuldur və bu məhsulu alan hər bir müştəri bizdən yalnız razı qala bilər. Qurulmuş bu münasibətlər onların gələcəkdə digər məhsullara da investisiya etmələrinin ehtimalını artırır.

– Yəni, Siz də istiqrazların satılmasında maraqlısınız?

Əslində biz istiqrazların alınmasında maraqlıyıq. Çünki istiqrazları alan şəxslər bizim müştərilərimiz olacaqlar. Və bizdə öz növbəmizdə gələcək əməkdaşlıq perspektivləri nəzərə alaraq, yeni müştərilərimizə daha əlverişli şərtlərlə müxtəlif investisiya məhsulları təklif etməyi planlaşdırırıq. Digər tərəfdən mən investisiya məsləhəti vermək üçün müvafiq sertifikatlara malikəm və təhrif edilmiş təhlil və ya məsləhət şirkətimizin reputasiyasına zərər verə bilər.

– Bu prosesə xüsusi diqqət yetirirsiniz.

Bilirsiz, burada vaxtında addım atmaq lazımdır. Yəni yerləşdirmə 10.10.2016 tarixində başa çatacaq. Bu müddət ərzində istiqrazları almaq daha faydalıdır. İstiqrazları sonra təkrar bazarda da almaq olar. Amma şərtlər bu qədər əlverişli olmayacaq. İndi alıcıların heç bir əlavə xərci yoxdur. Yəni 10 000 dollar verib 10 000 dollarlıq istiqraz alacaqdır. Lakin təkrar bazarda hər 10 000 dollar üçün 25 dollar köçürmə haqqı, 10-15 dollar komissiya xərcləri olacaq ki, bu da investisiyanın gəlirliyini aşağı salır. Digər tərəfdən təkrar bazarda istiqrazlar nominal dəyərindən baha da satıla bilər. Yəni o zaman effektiv gəlirlik 5%-dən də aşağı ola bilər.

Suallarımızı cavablandırdığınız üçün Sizə minnətdarıq.

AzFinance İnvestisiya Şirkətinin vasitəsilə istiqrazları almaq üçün aşağıdakı kontaktlara müraciət edə bilərsiniz:

( 012 ) 310 33 11 050 290 44 99 support@afi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22