Hacıbaba Bağırovun xatirəsi yad ediləcək

Hacıbaba Bağırovun xatirəsi yad ediləcək
15:57 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Musiqili Teatrında böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti, "Şöhrət" ordenli Hacıbaba Bağırovun xatirəsi yad ediləcək. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, 9 oktyabr tarixində saat 19.00-da Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana" iki hissəli musiqili komediyasının növbəti nümayişi unudulmaz sənətkarın xatirəsinə həsr olunacaq. Bundan öncə isə Hacıbaba Bağırovun anım günü - 4 oktyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi böyük aktyorun məzarını ziyarət edib.

"Mən dəyərəm min cavana" tamaşasının növbəti nümayişinin Hacıbaba Bağırovun xatirəsinə həsr edilməsinin xüsusi özəlliyi var. Belə ki, bu tamaşa böyük sənətkarın 75 illik yubileyinə ithaf olunub və bu səhnə əsərində Hacıbaba Bağırov baş qəhrəmanı - İbad obrazını canlandırmalıymış. Təəssüf ki, amansız ölüm 74 yaşında onun həyatına son qoydu. Amma "Mən dəyərəm min cavana" tamaşası ilk dəfə məhz Hacıbaba Bağırovun onsuz keçən 75 illik yubiley tədbirində nümayiş olundu.

Tamaşada rolları xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov və Rəşad Məmmədov ifa edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/477091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR