Azərbaycanın futbol üzrə U-19 yığması Litvanı məğlub edib

Azərbaycanın futbol üzrə U-19 yığması Litvanı məğlub edib
20:42 9 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
"Report"un məlumatına görə, Litvada təşkil olunan qrup matçında rəqib meydan sahibləri olub.
Yunanıstanlı Georgios Kızasın idarə etdiyi qarşılaşma Nazim Süleymanovun baş məşqçisi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 33-cü dəqiqədə Fərid Nəbiyev, 45+1-ci dəqiqədə isə Rövlan Muradov vurub.
Beləliklə, Azərbaycan yığması 5-ci qrupu 3 xalla 3-cü pillədə başa vurub. Avstriya 9 xalla 1-ci, Bosniya və Herseqovina 6 xalla 2-ci yeri tutub. Bütün oyunlarından məğlub ayrılan Litva isə qrup sonuncusu olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR